
"Xəzər Lənkəran" klubu bugünkü məşqə 1 dəqiqəlik sükutla başlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
Saat 11-də başlayan məşqdə komanda üzvləri ilk olaraq dünən Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında həlak olmuş insanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.