
FIFA-nın prezidenti Yozef Blatter Topaz Premyer Liqasının qalibini təbrik edib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər verib.
AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.