Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov Türkiyədən qayıdıb. Sportnet.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis qardaş ölkənin klinikalarının birində müayinədən keçib.
Səhhətində problemləri olan Sadıqov bir aydan çox müalicə kursu keçib.
Xəbəri Sportnet.az-a açıqlamasında mütəxəssisin özü də təsdiqləyib: "Səhhətimdə müəyyən problemlər var idi. Hazırda vəziyyətim normaldır. Bağımdayam, ailəmlə birgə dincəlirəm".
Sadıqov yaxın zamanlarda peşəkar fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Vaqif Sadıqovun son iş yeri AZAL komandası olub. O, "təyyarəçilər"in baş məşqçi postunu martın 15-də tərk edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |