
Topaz Premyer Liqasının son turunun "Sumqayıt" - "İnter" oyununu izləyənlər arasında hər iki klubun rəhbərləri də var. Sportnet.az-ın matçı izləyən əməkdaşının verdiyi məlumata görə, "İnter"ın prezidenti Georgi Nikolov öz xanımı ilə və "Sumqayıt"ın prezidenti Kamran Quliyev komandalarının oyununu seyr edirlər.
Hazırda görüşdə 33 dəqiqə oynanılır. Hesab 1:0 hesabı ilə "İnter"in xeyrinədir.