
Topaz Premyer Liqasının son turunun "Neftçi" - AZAL görüşündən sonra gərginlik yaşanıb. Sportnet.az-ın məlumatına görə, qonaqların qapıçısı Kamal Bayramovla "Neftçi"nin futbolçusu Karlos Kardoso arasında mübahisə yaranıb.
Buna səbəb isə Bayramovun topu vaxt aparmaq üçün oyuna gec daxil etməsi olub.
Qeyd edək ki, "Neftçi" - AZAL matçı 1:1 hesabı ilə yekunlaşıb.