
Rusiyanın "Krasnodar" klubunun sahibi Sergey Qalitski Premyer Liqada 2014-2015-ci il mövsümünün ilk yarısı üçün ən yaxşı qolu müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, Qalitski "Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylovun III turda "Spartak"ın qapısından keçirdiyi qolu fərqləndirib.
Həmin matç "Krasnodar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. Qalitski "Twitter" hesabından yazıb: "Mövsümün ilk yarısının kombinasiyalı qolu İzmaylovun "Spartak"a vurduğudur".
Qeyd edək ki, Marat İzmaylov 2013-2014-cü il mövsümünün ikinci yarısında "Qəbələ"nin şərəfini qoruyub.
Qeyd edək ki, Marat İzmaylov 2013-2014-cü il mövsümünün ikinci yarısında "Qəbələ"nin şərəfini qoruyub.
у», — написал Галицкий в твиттере.












































































