
Bakı "İnter"inin baş məşqçisi Gürcüstan milli komandasının sükanı arxasındakı ilk rəsmi matçından məğlub ayrılıb. Sportnet.az-ın məlumatına görə, qonşu ölkə yığması Tiflisdə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında Almaniyaya uduzub - 0:2.
K.Tsxadadze start heyətdə "İnter"in futbolçularından yalnız Aleksandr Amisulaşviliyə yer verib. Lakin Amisulaşvili 4-cü dəqiqədə ciddi zədələnərək, əvəzlənməli olub. Baş məşqçinin oğlu Baçana Tsxadadze isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, qolları 39-cu dəqiqədə Marko Röys, bundan 5 dəqiqə sonra isə Tomas Müller vurub.