Bu gün Topaz Premyer Liqasında XXXIII tura start verilib. Sportnet.az-ın məlumatına görə, oyunlar iki gün davam edəcək.
Turun ilk oyunları Lənkəran və Sumqayıtda baş tutub Burada yerli "Xəzər Lənkəran" "Qarabağ"ı, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edib. Lənkəranda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ" isə Sumqayıtın eyni adlı komandasını 2:0 hesabı ilə məğlub edib.
Günün son matçında "İnter" öz meydanında "Neftçi"ni qəbul edib. Oyunda gözlənilməz hesab qeydə alınıb. "Bankirlər" "ağ-qaralar"ı 4:0 hesabı ilə darmadağın edib.
Son oyun günündə bir matç keçiriləcək. Çempionatın autsayderi "Bakı” AZAL-ı qəbul edəcək. 26-cı paytaxt derbisi öncəsi komandalar eyni sayda qələbə qazansa da, AZAL top fərqində üstünlüyə malikdir. "Bakı” son 2 qarşılaşmada məğlub olub. Lakin paytaxtın eyniadlı təmsilçisi son 4 ev oyununda meydanı qolsuz tərk etməyib.
Qeyd edək ki, Zaqatalanın "Simurq" klubu bu tur istirahət edəcək.
Ehtiyat oyunçular:25. Tərlan Qasımzadə , 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 17. Kazım Kazımlı, 99. Mahsun Qəmbərli. Baş məşqçi: Yunis Hüseynov
Ehtiyat oyunçular:30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş , 32. Mixail Sivakov. Baş məşqçi: Roman Qriqorçuk
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "İnter Arena”.
"İnter”:25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli,91. Coşqun Diniyev
Ehtiyat oyunçular:96. Elşən Poladov, 2. Azər Salahlı, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 15. Yohan Bokanyano, 22. Əfran İsmayılov. Baş məşqçi: Kaxaber Sxadadze
"Neftçi”:1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 10. Julius Vobay, 22. Rauf Əliyev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 90. Ernest Nfor, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular:30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 33. Orxan Bəşirov, 49. Mirabdulla Abbasov. Baş məşqçi: Arif Əsədov
9 may (şənbə)
17:00. "Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev.