Azərbaycan stolüstü tennisçiləri daha bir beynəlxalq yarışa qatılacaqlar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma üzvlərini mayın 21-də Tacikistanda start götürəcək Prezident Kubokunda mübarizə gözləyir.
Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov çıxış edəcək.
Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.








































































