1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
2 qələbə, 2 heç-heçə - YENİLƏNDİ
Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində bu gün IV turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan amerikalı Uesli So ilə üz-üzə gəlib. 29-cu gedişdən sonra tərəflər "sülh"ə razılaşıblar - 0,5:0,5.
Turun digər görüşləri:
Aleksandr Qrişuk - Din Lijen - 0,5:0,5
Vladimir Kramnik - Fabiano Karuana - 0:1
Sergey Karyakin - Levon Aronyan - 0:1
Şahmatçımız V turda Din Lijenlə qarşılaşacaq. Bu turda həmçinin, Levon Aronyan - Aleksandr Qrişuk, Fabiano Karuana - Sergey Karyakin və Uesli So - Vladimir Kramnik qarşılaşmaları keçiriləcək.
4 turdan sonra Fabiano Karuana 3 xalla turnir cədvəlinə başçılıq edir. Məmmədyarov və Vladimir Kramnik 2,5 xalla 2-ci və 3-cü yerləri bölüşdürürlər. Hərəyə 2 xalı olan Din Lijen, Aleksandr Qrişuk və Levon Aronyan 4-5-6-cı yerlərdə qərarlaşıb. Sonuncu pillələrdə qərarlaşan Sergey Karyakin və Uesli Sonun hərəyə 1 xalı var.
Qeyd edək ki, ilk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar Turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda ermənistanlı Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub. Məmmədyarov III turda isə amerikalı Fabiano Karuana ilə heç-heçə edib. Uesli So ilk turda Fabiano Karaunaya uduzub. II turda isə Aleksandr Qrişuka uduzan amerikalı, III turda Din Lijenlə heç-heçə edib.