Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində II dövrəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub. Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıb. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb.
Turun daha 2 görüşündə heç-heçə qeydə alınıb. Aleksandr Qrişuk isə 7 saatlıq mübarizənin yekununda Vladimir Kramniki məğlub etməyi bacarıb.
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Uesli So (ABŞ) - Fabiano Karuana (ABŞ) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya) - 1:0
Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
8 turdan sonra Karuana - 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.
Qeyd edək ki, IX turda Məmmədyarov qara fiqurlarla Aronyana rəqib olacaq. Eyni zamanda Karuana - Din Lijen, So - Qrişuk və Karyakin - Kramnik qarşılaşmaları oynayılacaq.









































































