1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarov: "Karyakin bütün sirrlərimi bilmir"
"Açılışdan sonra üstünlük qazanmaq mümkün olmadı. Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Artıq edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə Şəhriyar buna imkan vermədi".
Sportnet.az xəbər verir ki, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin III turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla heç-heçə edən Rusiya təmsilçisi Sergey Karyakin deyib.
Karyakin bildirib ki, dünya şahmat tacı uğrunda Maqnus Karlsenlə görüşdə Məmmədyarov onun komandasında yer alıb və köməyini əsirgəməyib: "Şəhriyar həm də dostumdur. Dünya çempionluğu uğrunda görüşlərdə köməyini hiss etmişəm. Biz şahmat oynamışıq, gedişləri müzakirə etmişik. Debütlər üzərində çalışmamışıq. Ona görə fikrimcə, bir-birimizi şahmatçı kimi o qədər yaxşı tanımırıq".
Məmmədyarov da Karyakinlə oyunda nəticənin partiyaya uyğun olduğunu deyib: "Bu dəfə heç-heçələr çoxluq təşkil edir. Lakin şahmatda belə hallar təsadüf olunur. Təəccüblənmək lazım deyil. Karyakinə qarşı ciddi hazırlaşmışdım. Sadəcə üstünlük qazanmağa imkan olmadı. Bir sıra variantlar üzərində düşündüm, vəziyyətdən çıxış yolu görmədim. Bir-birimizi yaxşı tanıyırıq. Amma bütün sirrlərimi bilmir. Biz Sergeylə debütlər üzərində işləməmişik. Ancaq şahmat oynamışıq, çətin vəziyyətlərdən çıxış yolunu müzakirə etmişik. Debütlərimizi bir-birimizə söyləməmişik".
Azərbaycan şahmatçısı "ShamkirChess 2018" superturnirində heç-heçələrin çoxluq təşkil etməsini belə şərh edib: "2007-ci ildə Bolqarıstanda turnirdə iştirak edirdim. Çoxlu sayda heç-heçələr qeydə alınmışdı. Təsəvvür edin ki, son turda axırıncı yerdəki şahmatçı liderdən yarım xal geri qalırdı. Yəni, lider uduzsa, autsayder qələbə qazanmaqla yarışın qalibi olurdu. Fikrimcə, Şəmkirdəki partiyalar maraqlıdır. Sadəcə məhsuldar alınmır. Amma növbəti oyunlarda qələbə və məğlubiyyətlər də olacaq".