
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gəlib.
1/4 final mərhələsindəki ilk görüşünü qara fiqurlarla oynayan Rəcəbov bütün partiyalarda rəqibi ilə sülhə razılaşıb.
Məmmədyarov isə 1/4 finala qələbə ilə başlayıb. İlk partiyada ağ fiqurlarla Firuzcadan güclü olan 36 yaşlı qrossmeyster növbəti 2 qarşılaşmada heç-heçə edib. Sonuncu görüşdə qara fiqurlarla rəqibini məğlub edən Məmmədyarov qələbəsini rəsmiləşdirib.
Bu raundun ikinci görüşləri bu gün baş tutacaq. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
1/4 final
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5
----------------------------------------------
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gələcək.
Məmmədyarov 1/4 final mərhələsindəki ilk görüşünü ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq. Bu raund iki gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
1/4 finalda qarşılaşacaqlar:
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 1,5:1,5 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5)
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 1,5:0,5 (1:0; 0,5;0,5)
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 2:0 (1:0; 1:0)
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 0,5:1,5 (0:1; 0,5:1,5)
Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.