
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa Kubokunda Azərbaycan komandası bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komanda 3-cü yeri tutub.
Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.