Latviyanın paytaxtı Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin üçüncü turunun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçılarından üçü Rusiya təmsilçiləri ilə üz-üzə gəlib. Nicat Abasov Nikita Vityuqovla heç-heçə edib, Vasif Durarbəyli Daniil Dubova, Aydın Süleymanlı Mixail Antipova uduzub.
Rauf Məmmədovun hindistanlı Arjun Erigaisi ilə qarşılaşması da heç-heçə ilə başa çatıb.
İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.