Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.
Sportnet.az-ın məlumatına görə, kişilərdən ibarət yığma XI turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlir.
XI tur
Azərbaycan – Serbiya
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç
Rauf Məmmədov – Velimir İviç
Qədir Hüseynov – Robert Markus
Vasif Durarbəyli – İvan İvanişeviç
Azərbaycan – Gürcüstan
Günay Məmmədzadə – Nana Caqnidze
Xanım Balacayeva – Nino Batsiaşvili
Gövhər Beydullayeva – Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva – Meri Arabidze
Qeyd edək ki, kişilərdən ibarət yığma hazırda 14 xalla 16-cı, qadınlar isə 16 xalla 3-cü pillədə qərarlaşıb. Kişilər millisi ən yaxşı halda bürünc medal qazana bilər. Azərbaycanın qadınlar yığması isə tarixdə ilk dəfə Olimpiadanın qalibi olmağa yaxındır.