
Azərbaycanın kişi stolüstü tennis komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında texniki qələbə qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, yığma komanda yarışlarının ilk oyununda Mavritaniya seçməsi ilə görüşməli idi.
Lakin rəqib oyuna çıxmadığından, Azərbaycan millisinin aktivinə qələbə yazılıb. Seçmə komanda sabah Türkiyə və Uqanda milliləri ilə üz-uzə gələcək.
Bu gün Banqladeş millisinə 3:0 qalib gəlmiş Azərbaycanın qadın millisi isə ikinci oyununda Özbəkistan millisinə 0:3 hesabı ilə uduzub. Sabah qrup mərhələsinin son turunda rəqib İran komandası olacaq.