Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib.
IV turda Nakamuraya və VI turda Eriqaisiyə uduzan Məmmədyarov V turda Maqsudlu ilə dueldən sülhlə ayrılıb.
Əvvəlki üç görüşündə qələbə qazanan şahmatçı hazırda 3,5 xalla 2-3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.