1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FIDE İlyumjinovun istefasını tələb edir
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidentlik Şurasının üzvləri təşkilatın rəhbəri Kirsan İlyumjinovun dərhal istefasını tələb ediblər.
Sportnet.az xəbər verir ki, istefanın lehinə 14 şura üzvü səs verib. Qurumun üzvlərindən yalnız 1-i buna qarşı çıxıb.
Federasiyanın saytında bildirilir ki, K. İlyumjinovun adı ABŞ-ın sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Buna görə FİDE maliyyə çətinliyini yaşayır. Xüsusən Qərb bankları təşkilatla əməkdaşlıqdan imtina ediblər.
Ağır vəziyyət sponsorların və idmançıların qapılarıını bağlayaraq FİDE-nin nüfuzuna mənfi təsir göstərir. Həmçinin FİDE-nin Moskvadakı ofisinin bağlanması tövsiyə edilib.
1995-ci ilin noyabrından FİDE-yə rəhbərlik edən K. İlyumjinov Suriya hökumətinə maddi kömək və Dəməşqin maraqları çərçivəsində fəaliyyətinə görə ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb.