Rusiyanın tanınmış üzgüçüsü Yevgeni Rılov 9 ay müddətinə bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Spornet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) İntizam Komitəsi qərar çıxarıb.
Cəza aprelin 20-dən qüvvəyə minib. İkiqat olimpiya çempionu martın 18-də Krım və Sevastopolun ilhaqı ilə bağlı "Lujniki" stadionundakı tədbirdə iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.
Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin sonunadək FINA təşkilatçılığı ilə keçiriləcək yarışlara buraxılmayacaq.
Qeyd edək ki, Yevgeni Rılov Tokio-2020 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə edib.