
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, üzgüçü Məryəm Şeyxəlizadəxangah gümüş medala sahib çıxıb.
18 yaşlı idmançı 50 metr məsafəyə batterflay üsulla üzmədə ikinci yeri tutub.