
Azərbaycan Premyer Liqasında son 5 turun ən uğurlu komandası "Kəpəz" olub. Gəncə təmsilçisi 4 qələbə, 1 heç-heçə ilə 13 xal yığmağa müvəffəq olub.
Halbuki ilk 6 turda baş məşqçi Şahin Diniyevin komandası cəmi 5 xal toplaya bilmişdi. "Kəpəz" son oyunlarında "Sumqayıt"ı 3:1, "Rəvan"ı 2:0, "Xəzər Lənkəran"ı 1:0, "Qəbələ"ni isə 2:1 hesabı ilə yenib, "İnter"lə heç-heçə edib - 1:1. "Sarı-göylər" bu qarşılaşmalarda 9 qol vurub, qapısında isə cəmi 3 qol görüb. İlk 6 turda isə bu göstərici 5:7 nisbətində idi. Hazırda "Kəpəz"
Sportnet.az "Kəpəz"in qollarından ibarət videonu təqdim edir...