1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Abdullayev - Qurbanov fərqi
Topaz Premyer Liqasının sonuncu – 36-cı turunda mövsümün 350-ci qolu vurulub. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yubiley qoluna "Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb.
O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.
Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da "Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib.
351 qolun vurulduğu çempionatın orta məhsuldarlığı 2,45-ə bərabər olub.
Bu qollardan 206-nı meydan sahibləri, 145-ni qonaqlar vurub. İlk yarıda 175, fasilədən sonra 176 qol qeydə alınıb. Meydan sahibləri hər iki hissədə üstün olub – 104:71, 102:74.