Üçqat dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş medal qazanan sprinter Fred Kerli Cənubi Florida polisi ilə mübahisə zamanı həbs edilib.
Sportnet.az xəbər verir ki, idmançının davranışı ucbatından polis elektroşokdan istifadə etməyə məcbur olub.
29 yaşlı Kerli məmurlarla yaxınlıqda park etdiyi avtomobili haqqında danışırmış. Mayami polisinin bəyanatına görə, idmançının davranışı getdikcə aqressivləşirdi. Kerlidən “ərazini tərk etməsi tələb olunduqdan” sonra o bununla razılaşmayıb. Polislər Kerlini həbs etməyə cəhd edərkən, o, müqavimət göstərib.
Qeyd edək ki, Kerli həbs olunarkən tanınmış idmançı olduğunu qeyd etməyib.