
Yaponiyada yaşayan 8 milyondan çox insan Tokio-2020 Yay Olimpiya Oyunlarının rəsmi saytında qeydiyyatdan keçib.
Sportnet.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, qeydiyyat proseduru yarışlara bilet almaq üçün önəmlidir.
"Tokio-2020"nin Təşkilat Komitəsi biletlərin sərbəst satışına 2020-ci ilin yazında başlayacaq.
Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.