
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turniri dayandırılıb.
Sportnet.az-ın Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yarış mayadək təxirə salınıb. Hazırda davam edən axşam sessiyasından sonra turnir rəsmən bağlı elan olunacaq.
"İşçi qrup artan məhdudiyyətlər və karantin tədbirləri fonunda tədbiri dayandırmağı və 60-dan çox ölkənin iştirakçılarına planlarını korrektə edərək evlərinə dönmələrini təmin etməyi qərara aldı. Olimpiadaya lisenziyaların may-iyunda bölüşdürülməsini yekunlaşdırmaq üçün vəziyyət gündəlik qiymətləndirilməkdə davam edəcək. Prioritet məsələ idmançıların Oyunlara idman prinsipləri əsasında lisenziya qazanmalarıdır" deyə IOC-un açıqlamasında bildirilir.
Mayın 14-də start götürmüş yarış martın 24-də yekunlaşmalı idi. Daha əvvəl turnirin azarkeşsiz keçirilməsi qərara alınmışdı.
Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Onlardan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Kamran Şahsuvarlı (75 kq) qələbə ilə başladıqları halda, Rauf Rəhimov (91 kq) və Anaxanım Ağayeva (51 kq) ilə görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.