Beynəlxalq Olimpiya Komitəsi (İOC) koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, gələn il Tokioda Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək əzmindədir.
Sportnet.az-ın TASS-a istinadən məlumatına görə, Yaponiyanın Olimpiya və Paralimpiya Oyunlarına məsul naziri Seyko Hasimoto mətbuat konfransında IOC prezidenti Tomas Baxın "Tokio-2020 gələn il keçirilməsə, ləğv ediləcək" fikrinə belə reaksiya verib.
Nazir jurnalistin sualına yeganə sitatla cavablandırıb: "Bu, Tomas Baxın Oyunları gələn il Tokioda uğurla keçirmək əzmini nümayiş etdirmirmi?"
Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta tərixə salınıb.