"Çox həyəcanlıdır. Azərbaycanı Tokioda təmsil etmək çox qürurvericidir. İnşallah ölkəmizi layiqincə təmsil edəcəyik”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Aişə Qurbanlı Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı bildirib ki, olimpiadaya hazırlaşmaq çox gözəl hisslərdir: "Bütün idmançılara bunu arzulayıram. İdmanda əziyyət çəkən bütün xanımların bu anı yaşamasını istərdim. Özüm də daxil olmaqla, Azərbaycanı Olimpiadada təmsil edəcək bütün idmançılara medal arzulayıram. Tokio, gözlə, biz gəlirik”.