Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.