Azərbaycanın ilk təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq velosipedin şosse növündə Elçin Əsədov yarışa qoşulub.
Startda onunla birlikdə daha 130 idmançı iştirak edib. Əsədov 127 nömrə ilə yarışa başlayıb. Velosipedçilər 234 km qət etməli olacaq.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.