
Tokio-2020 Yay Olimpiya Oyunları başlandıqdan sonra ilk dəfə idmançıda koronavirus aşkarlanıb.
Sportnet.az-ın "Kyodo" nəşrinə istinadən məlumatına görə, bu, niderlandlı akademik avarçəkən Finn Florindir.
Son sutkada olimpiada ilə əlaqəli 10 nəfərdə yoluxma faktı üzə çıxıb. Bununla da ümumi infeksiya sayı 127-yə çatıb.
İyulun 1-dən götürülmüş 170 000 testdən 0,02 faizi müsbət nəticə verib.
Qeyd edək ki, Tokio-2020 bu il 23 iyul - 8 avqusta təxirə salınıb.