Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
Sportnet.az Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son 24 saat ərzində daha 18 nəfərin testi müsbət çıxıb.
Beləliklə, Tokio-2020-də infeksiya aşkarlanan şəxslərin sayı 294-ə çatıb. İyulun 1-dən olimpiada üçün 500 min koronavirus testi götürülüb.
Qeyd edək ki, Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.