Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında medalsız qalıb.
Sportnet.az-ın məlumatına görə, buna 74 kq-da mübarizə aparan idmançının 1/4 finalda uduzduğu italiyalı Frank Çamizonun finala vəsiqə qazana bilməməsi səbəb olub.
Çamizo yarımfinalda Belarus təmsilçisi Məhəmmədhəbib Hadıməhəmmmədovla bacarmayıb - 7:9.
-----------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində İtaliya təmsilçisi Frank Çamizo ilə üz-üzə gəlib.
Bayramov rəqibinə 1:3 hesabı ilə uduzub. Çamizo finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
---------------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Bayramov 1/4 finala yüksəlib. O, bu raundda Frank Çamizo (İtaliya) ilə görüşəcək.