
Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində fərqlənən sərbəst güləşçilər mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, medalçılar sırasında Azərbaycan təmsilçisi Hacı Əliyev də yer alıb.
Finalda uduzan 30 yaşlı idmançı gümüş medal qazanıb.
Həlledici görüşdə Əliyevə qalib gələn yaponiyalı Takuto Otoquro olimpiya çempionu olub.