
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriçi qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub. Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak ediblər.