
Vyetnam millisinin iki voleybolçusu U-21 qadınlar arasında keçirilən dünya çempionatında gender testindən keçə bilməyib.
Sportnet.az "Jakarta Globe" saytına istinadən xəbər verir ki, hər iki idmançının kişi olduğu müəyyənləşib.
Cinsiyyətin təsdiqi testi rəqib komandanın tələbi ilə keçirilib.
Beynəlxalq Voleybol Federasiyası (FIVB) bu oyunçuların iştirak etdiyi bütün matçların nəticələrini ləğv edib, həmçinin onları turnirdən kənarlaşdırıb.
Nəticədə Vyetnam dünya çempionatının 1/8 finalına yüksələ bilməyəcək və 17-24-cü yerlər uğrunda mübarizə aparacaq.
Vyetnam Voleybol Federasiyası qərardan FIVB-yə şikayət edib.