
Filippində kişi voleybolçular arasında keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Bolqarıstan yığması yarımfinalda Çexiya üzərində qələbə qazanıb - 3:1 (25:20, 23:25, 25:21, 25:22).
Beləliklə, Bolqarıstan millisi 1970-ci ildən sonra ilk dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə rəqib Polşa - İtaliya görüşünün qalibi olacaq.