Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu oktyabrın 28-də ilkin mərhələnin növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, komanda Serbiyada “Radniçki” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında baş tutacaq.
"aZERRAİL" bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” və “AKAA Volley” klublarının qalibi ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün qarşılaşmasının məğlub komandası olacaq.
Qeyd edək ki, “AZERRAIL” Bakıda keçirilən ilk oyunda “Radniçki” klubuna 0:3 hesabı ilə uduzub.
CEV Çempionlar Liqası
İlkin mərhələ (cavab oyunu)
29 oktyabr
21:00. “Radniçki” - “AZERRAIL”











































































