3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutub.
Sportnet.az xəbər verir ki, yığma finalda Türkiyə yığmasına 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Beləliklə, Azərbaycan komandası çempionluq titulunu qoruyub.
Qeyd edək ki, milli 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.




































































































