“Gəncə” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalayıb.
21 yaşlı voleybolçunun son klubu Kosovanın “Cinoşi” olub.
Elveren daha əvvəl Türkiyənin “Çanaqqala Bələdiyəspor”, “Ortakçı Orhaniyespor”, “Bahçelievler Belediyesi” və “VakıfBank” klublarının şərəfini qoruyub.















































































