Azərbaycan Voleybol Federasiyasının əsas prioritetlərindən biri ölkədə voleybolun kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin aşağı yaşlardan bu idman növünə cəlb olunması və dayanıqlı ehtiyat oyunçu bazasının formalaşdırılmasıdır.
Sportnet.az-ın məlumatına görə, bu məqsədlə regionlarda fəaliyyət genişləndirilir və sistemli hazırlıq prosesi qurulur.
Federasiyanın nəzdində fəaliyyət göstərən Regional Voleybol Klublarında müxtəlif yaş qruplarından uşaqlar seçimlər əsasında voleybola cəlb olunur və onların hazırlığı planlı şəkildə təşkil edilir.
Gəncə Regional Voleybol Klubunun tərkibində olan Mingəçevir şəhərində 2015–2018-ci il təvəllüdlü uşaqlar arasında seçimlər aparılıb və artıq məşqlərə start verilib.
Hazırda Bakı, Oğuz, Gəncə, Tovuz, Sumqayıt, Şərqi Zəngəzur RVK-ları və Naxçıvan filialı daxil olmaqla 7 regional mərkəzdə yüzlərlə uşaq ödənişsiz əsaslarla məşqlərə cəlb olunur.















































































