Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinə start verilib. Sportnet.az-ın məlumatına görə, bu mərhələdə 4 komanda mübarizə aparın.
İlk olaraq "Azəryol" və "Lokomotiv" komandaları üçüncülük üçün mübarizəyə qoşulub. 3 qələbəyə kimi davam edəcək mübarizədə üstün olan komanda bürünc medala sahib çıxacaq. "Lokomotiv" rəqibinə set vermədən qalib gəlib.
Qızıl medal uğrunda yarışan "Telekom" və "Azərreyl" komandaları da 3 dəfə qələbə qazananadək mübarizə aparacaqlar. Final matçı "Azərreyl"im əzmkar qələbəsi ilə nəticələnib.
İkinci oyun günü aprelin 7-nə təsadüf edəcək. Komandalar 3-cü dəfə ayın 9-da üz-üzə gələcəklər. Ehtiyac olacağı təqdirdə, aprelin 14 və 16-da 4 və 5-ci görüşlər keçiriləcək.
Final mərhələsi, birinci oyunlar
Üçüncü yer uğrunda
16:00. "Azəryol" - "Lokomotiv" - 0:3 (16:25. 20:25. 23:25)
Final
18:00. "Telekom" - "Azərreyl" - 1:3 (25:23, 29:31, 20:25, 20:25)