Dekabrın 23-də Voleybol Mərkzində Azərbaycanda ilk dəfə olaraq "Statist-məşqçi Seminarı" start götürəcək. Sportnet.az-ın məlumatına görə, hazırkı sayla seminarda 15-20 nəfər iştirak edəcək.
Seminarda baş məşqçilər, köməkçi məşqçilər və iştirak etmək istəyən hər bir şəxs federasiyaya müraciət edə bilər. Seminarı Onat Kurt və Ruslan Motorin keçirəcək. İştirakçılar sonda Avropa Voleybol Konfederasiyasının Statist sertifikatını ələ edəcəklər.
Qeyd edək ki, iki gün davam edəcək seminar pulsuz keçirilir. Bütün xərclər Azərbaycan Voleybol Federasiyası tərəfindən qarşılanacaq.