
Azərbaycan Voleybol Federasiyası koronavirus pandemiyası səbəbindən təxirə salınan voleybol üzrə qadınlar arasında Super Liqa və kişilər arasında Yüksək Liqa ilə bağlı açıqlama yayıb.
Sportnet.az-ın məlumatına görə, bildirilib ki, vaxtsız dayandırılan çempionatların nəticələri və 2020-2021 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, hər iki liqa mart ayından dayandırılıb.