Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanda beynəlxalq "Savaria" turnirində mübarizə aparacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, avqustun 5-də start götürəcək yarışda rəqiblər ev sahibləri, Hollandiya və Çexiya yığmaları olacaq. Vüqar Əliyevin baş məşqçi olduğu yığma bu komandalarla üç gün ərzində ardıcıl olaraq, üz-üzə gələcək. Turnir dairəvi sistemlə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə daha əvvəl Yunanıstanda təlim-məşq toplanışında olub. Komanda üzvləri məşqlərlə bərabər yerli yığma ilə 3 yoxlama oyunu da keçirib və 1 qarşılaşmada qalib olub.