Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün keçirilməsi planlaşdırılan I dövrəsinin növbəti oyunları təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında “Azərreyl” - “Abşeron” və UNEC – “Murov” qarşılaşmaları gerçəkləşməli idi.