
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, III turdan təxirə salınmış görüşdə "Sərhədçi” “Murov”u qəbul edib.
"Murov" klubunun" idman zalında baş tutan qarşılaşma nominal qonaqların 3:0 (20:25, 18:25, 12:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran komanda liderliyə yüksəlib. Eyni xala malik "Neftçi" ikincidir. "Express" 3 xalla üçüncü pillədə qərarlaşıb. Xalı olmayan "Sərhədçi" isə autsayderdir.