Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I və IV turdan təxirə salınmış oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar fevralın 14-də “Murov” voleybol klubunun idman zalında baş tutacaq.
Günə saat 15:00–da IV turun "Sərhədçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da isə l turun "Murov” – “Ekspress” matçı başlayacaq. Bu görüşlərdən sonra I dövrəyə yekun vurulacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.