
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun matçları keçirilib.
Sportnet.az-ın məlumatına görə, tura saat 15:00-da başlayacaq “Neftçi” - MOİK qarşılaşması ilə start verilib. Görüş "ağ-qaralar"ın 3:0 (25:13, 25:14, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə "Ekspres" "Murov"a eyni hesabla uduzub - 0:3 (19:25, 18:25, 12:25). Qonaqlar bu qələbədən sonra 14 xalla liderliyə yüksəliblər.
İkinci pillədə 13 xalı olan "Neftçi" qərarlaşıb. MOİK 12 xalla 3-cü, "Ekspress" 3 xalla 4-cüdür. Xalı olmayan sərhədçi isə sonuncudur.