
"İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bizim üçün bu yarış çox vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Slavisa Ristiçeviç federasiyanın Məbuat Xidmətinə açıqlamasında deyib.
Mütəxəssis mayın 16-da təlim-məşq toplanışına başladıqlarını xatırladıb: "Artıq bir araya yaxındır ki, hazırlığa start vermişik. Həndbolçuların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bütün yarışlarda uğur qazanmaq niyyətindəyik. Qarşıda iki ay vaxtımız var. Məncə daha çox çalışmaqla istəyimizə çata bilərik. Burada olduğumdan çox məmnunam. İşlər qaydasında gedir".
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda Türkiyənin Konya şəhərində olacaq.